FHN işçiləri arasında mini futbol yarışı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN işçiləri arasında mini futbol yarışı keçirilib - FOTO

17:38 - 01 / 05 / 2017
FHN işçiləri arasında mini futbol yarışı keçirilib - FOTO

24 aprel - 1 may 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilib.

1news.az xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında təşkil edilən çempionatda 15 komanda və hər komandada 12 idmançı olmaqla 180 əməkdaş iştirak edib.

Yarışın qalibi Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) komandasına qalib gələn Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) komandası olub.

Qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Fərid Ədalət

 

Paylaş:
1144

Son xəbərlər

Bütün xəbərlər