İki ədəd soyuq silahla yaxalandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İki ədəd soyuq silahla yaxalandı

18:30 - 01 / 05 / 2017
İki ədəd soyuq silahla yaxalandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Mineralnıye Vodı-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb. Bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib.

Təkrar yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında, qablaşdırılmış şəkildə 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış teleskopik dəyənək tipində predmetlər aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən iki ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

Babək Cahandarov

Paylaş:
628

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər