İpәk Yolu konfransında Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb
ABŞ-ın aparıcı biznes və sənaye mәrkәzlәrindәn biri olan Çikaqo şәhәrindә 2017-ci il üzrə İpәk Yolu beynәlxalq konfransı keçirilib.
1news.az-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən bu konfrasda İpək Yolu boyunca yerləşən, o cümlədən Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və bəzi Şərqi Avropa dövlətlərinin rəsmi və özəl strukturlarının çoxsaylı təmsilçiləri, eləcə də ABŞ-ın Çikaqoda və ətraf regionlarda fəaliyyət göstərən şirkətlərinin və akademik institutlarının nümayəndələri iştirak ediblər.
Konfransın әsas mövzusu iştirakçıların Avropanı Çinlә birlәşdirәn İpәk Yolu üzәrindә yerlәşәn dövlәtlәrin investisiya, ticarәt, nәqliyyat vә tranzit potensialı ilә tanış edilməsindən ibarәt olub.
Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi bu ilki tədbirdə də ölkəmiz Azərbaycanın ABŞ-dakı sәfirliyi tərəfindən təmsil edilib və konfransda Azərbaycan tərəfdən səfirlik ilə yanaşı ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qatılıb.
Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Azərbayanın əlverişli coğrafi mövqeyi, ölkəmizin müasir tarixi və öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu transformasiya yolu və bu yolun iqtisadiyyatın sürətli inkişafına səbəb olmasını izah edib, ölkəmizin təşəbüsü və ya aparıcı rolu ilə həyata keçirilən iri miqyaslı layihələrin tarixi İpək Yolunun bərpası baxımından əhəmiyyətinə toxunub. Bu xüsusda, ölkəmizin İpək Yolunda yerləşən qonşu dövlətlərlə əlaqələrinin (connectivity) gücləndirilməsinə töhfəsi kimi, energi, nəqliyyat, informasiya və telekommunikasiya sahəsində, eləcə də mədəni səviyyədə təmasların artırılmasına yönəlmiş səyləri barədə danışılıb.
USACC-nin təmsilçisi Azərbaycanda biznes və investisiya imkanları barədə danışıb, diqqəti qeyri-neft sektorunun inkişafı məqsədilə ölkədə müxətlif istiqamətlərdə aparılan uğurlu islahatlara yönəldib.
Eyni zamanda konfrans çərçivəsində Azərbaycan barədə müxtəlif nəşrlərin təqdimatı ilə məlumat güşəsi təşkil edilib, ölkəmizlə biznes və investisiya əlaqələrinin qurulmasında maraqlı olan şirkətlərlə bu istiqamətdə müzakirələr keçirilib və onlar müvafiq prosedurlar barədə məlumatlandırılıb.
Tәdbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilә Mәrkәzi Asiya Mәhsuldarlığın Araşdırılması Mәrkәzi tәrәfindәn tәşkil edilib.
Hәmçinin, konfransın sponsorları qismindә “Silk Way Airlines”, "SME Group" şirkəti, “Qlobal Biznes Mәslәhәti” jurnalı, "Tianjin İqtisadi Texnoloji İnkişaf Sahәsi", “Uaytsayd Bölgəsi üzrə İqtisadi İnkişaf Departamenti” və "ABŞ-Qazaxıstan Biznes Assosiasiyası" çıxış edib.
Pərvanə Sultanova