Mübariz Əhmədoğlu: İran Ermənistanı Mehri dəmir yolunu açmağa təhrik edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İran Ermənistanı Mehri dəmir yolunu açmağa təhrik edir

11:08 - 01 / 05 / 2017
Mübariz Əhmədoğlu: İran Ermənistanı Mehri dəmir yolunu açmağa təhrik edir

İran körfəzi ilə Qara dənizi birləşdirən nəqliyyat dəhlizinin mahiyyətini düzgün başa düşməməsi Ermənistana baha başa gələ bilər. 

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, İranın regional siyasətində yeni element İran körfəzi ilə Qara dənizi birləşdirən nəqliyyat dəhlizinin yaradılmasıdır. İranın Cənubi Qafqaz regionunu qazla təchizatında da iştirak niyyəti rəsmən ortalıqdadır. Amma İranın siyasətində ikibaşlı və ya şübhəli məqamlar həmişə olub.

Politoloq bildirib ki, nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan və Ermənistanın eyni vaxtda iştirakını İranın necə gördüyü barədə heç bir anlayış yoxdur:

“İranın variantının mahiyyəti barədə müəyyən fikir bildirmək olar. Mehri dəmir yolu fəaliyyətə başlayır. Bu yolun Horadiz hissəsindən Gəncə-Gürcüstan istiqamətində təxminən 120 km-lik avtomobil və dəmir yolundan ibarət nəqliyyat dəhlizi yaratmaqla bağlı ekspert səviyyəsində İranın ideyası var. Ərdəbilin qubernatoru Məcid Xudabəxş bir neçə dəfə bu ideyanı səsləndirib. Beləliklə, İran həm Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, Naxçıvanın blokadadan çıxmasına nail olur; Regionda rəqabət qabiliyyətli yumşaq güc yarada bilir.

İranı bu varianta təhrik edən səbəbin konkret motivasiyası da bəllidir. Rəşt-Astara dəmir yolu tikintisi sırf İranın daxili layihəsidir və rəsmi Tehran  üzərinə düşən öhdəliyi yerinə yetirməkdə çətinlik çəkir”.

Dəmir yolunun keçdiyi sahədə yaşayan əhalinin torpağını İran hökumətinə hədsiz baha qiymətinə təklif etdiyini deyən politoloq bildirib ki, prinsipial razılaşmaya görə, dəmir yolunun tikintisi üçün lazım olan torpağı İran alır, Azərbaycan Respublikası kredit vasitəsilə maliyyələşdirir:

“Tehranın İran körfəzi-Qara dəniz nəqliyyat dəhlizində Ermənistanın adını hallandırması İranın Ermənistana müraciəti kimi qəbul edilə bilər. Ermənistanın Mehri dəmir yolunu istifadəyə buraxması rəsmi Tehranın prizmasından həm İran, həm də Ermənistan üçün faydalıdır; İran-Ermənistan münasibətlərinin gələcək taleyi Ermənistanın İranın bu çağırışına verdiyi cavabdan asılıdır”.

Babək Cahandarov

 

Paylaş:
699

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər