“Azərsu”da İslam Həmrəyliyi Oyunları ilə bağlı toplantı keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərsu”da İslam Həmrəyliyi Oyunları ilə bağlı toplantı keçirilib

23:36 - 01 / 05 / 2017
“Azərsu”da İslam Həmrəyliyi Oyunları ilə bağlı toplantı keçirilib

“Azərsu” ASC Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları ilə bağlı hazırlıqlarını davam etdirir.

ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bununla bağlı keçirilən iclasda hazırlıq işlərinin gedişi müzakirə olunub. ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, bu mötəbər yarışların yüksək səviyyədə təşkilini təmin etmək üçün digər təşkilatlar kimi, “Azərsu” ASC-nin də qarşısında mühüm vəzifələr durur. Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək üçün səhmdar cəmiyyətin müvafiq struktur bölmələri tərəfindən zəruri tədbirlər görülüb və bu sahədə işlər davam etdirilməkdədir. Ötən illərdə keçirilmiş müvafiq tədbirlərdə qazanılan təcrübədən istifadə etməklə işlər operativ qaydada yerinə yetirilməli, idman, ictimai-iaşə obyektləri və mehmanxanalar keyfiyyətli içməli su ilə təmin edilməlidir.

IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar ASC-də yaradılmış komissiyanın rəhbəri, sədrin birinci müavini Teyyub Cabbarov görülmüş işlər barədə danışaraq deyib: “Bakı Sukanal, rayon sukanal idarələrinin rəhbərlərinə hidrotexniki qurğuların, su və kanalizasiya xətlərinin, quyu və barmaqlıqların vəziyyəti ilə bağlı ətraflı araşdırmalar aparılması, görüləcək təmir işləri və digər tədbirlər barədə komissiyaya məlumat verilməsi tapşırılıb. Qısa müddətdə hər bir rayon üzrə təhlillər aparılıb, hidrotexniki qurğuların və şəbəkələrin vəziyyəti, görüləsi işlər müəyyənləşdirilib. Eyni zamanda, Bakı şəhəri üzrə 3 ixtisaslaşmış qəza briqadalarının yaradılması və oyunların keçiriləcəyi günlərdə onların, eləcə də rayon sukanal idarələrinin qəza xidmətlərinin fasiləsiz fəaliyyət göstərmələri üçün lazımi tədbirlər görülüb. Həmin günlərdə xidmət göstərəcək maşın, xüsusi texnika və avadanlıqların texniki vəziyyəti qiymətləndirilib, lazım olan ehtiyat hissələri, mal və material tədarük olunub. Bunlarla yanaşı, cəmiyyətin mütəxəssisləri tərəfindən idman obyektlərinin və qurğularının su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti bir daha yoxlanılıb. 100-dən çox obyektdən su nümunələri götürülərək analiz olunub. Yarışların keçiriləcəyi günlərdə “Azərsu” ASC-nin inzibati binasında 24 saat fəaliyyət göstərən qərargah işləyəcək, eyni zamanda, yerlərdə növbətçilik təmin olunacaq”.

İclasda Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov, Xəzər rayon Sukanal İdarəsinin rəisi Mübariz Nəsirov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov, “Sutikinti” Müəssisəsinin rəisi Səid Salayev IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov ixtisaslaşmış briqadaların peşəkar kadr, maşın-mexanizm və avadanlıqlarla tam komplektləşdirilməsi, lazımi anbar ehtiyatlarının yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, mərkəzi idarə aparatında və yerlərdə növbətçiliyin, həmçinin şəhərdə avtomobil sıxlığının tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq işçilərin pilləli iş rejiminin təmin edilməsi barədə tapşırıqlar verib.

1news.az

Paylaş:
873

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər