Ölüm zirvəsi: Everestdə həlak olanların şokedici görüntüləri – FOTO
Himalay dağlarında yerləşən Everest dağı (Comolunqma da deyilir) dünyanın ən hündür zirvəsidir. Hər bir alpinist hündürlüyü 8848 metr olan bu zirvəni fəth retmək arzusu ilə yaşayır.
Lakin təəssüf ki, bu heç də bütün alpinistlərə nəsib olmur, onların bəziləri bu sevda üzündən həyatlarını itirirlər.
Bu gün də qorxulu dağın ətəkləri insan cəsədləri ilə doludur. Onların tapılıb gətirilməsi isə həm çox çətindir, həm də böyük xərc tələb edir. Ona görə də ölmüş alpinistlərin bir çoxu fəth etmək istədiyi zirvənin ağuşunda əbədi yuxuya gedib.
Bu həlak olan alpinisti “Yaşıl çəkməli” adlandırırdılar. Hindistandan olan və 1996-cı ildə dünyasını dəyişən bu alpinist digər alpinistlərin yanından keçdikləri mağaranın yaxınlığında “yatır”.
Bu isə ingilis Devid Şarpın cəsədidir. O isə 2006-cı ildə həlak olub. Deyilənə görə, o, bir qədər istirahət etmək üçün oturmaq qərarına gəlib, lakin elə yerindəcə donub qalıb.Yaxınlıqdan keçən 30-a yaxın alpinist ona kömək etmək istəsə də, artıq gec olub.
Tez-tez alpinistlər sərt qayalıqlardan yıxılaraq həlak olurlar. Onların cəsədləri görünsə də, götürmək müşkül məsələdir.
Dağın zirvəsində temperatur çox aşağı olduğundan cəsədlər çox gec çürüyür. Paltarlarını isə qar və külək yararsız hala salır.
Qeyd edək ki, Himalay dağlarında həlak olanlar arasında Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu da var. Lakin o, Everestdə yox, 2014-cü ildə alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğramışdı.
Babək Cahandarov