Bakıda yaşlı qadın avtobus sürücüsünü döydü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşlı qadın avtobus sürücüsünü döydü – VİDEO

13:53 - 03 / 05 / 2017
Bakıda yaşlı qadın avtobus sürücüsünü döydü – VİDEO

Mayın 1-də “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 61 saylı marşurutda maraqlı hadisə yaşanıb.

1news.az-ın avtosfer.az-a istinadən verdiyi xəbərə görə, 3-cü mikrorayon dairəsi ərazisində qadın şərnişin sürücüdən avtobusu dayanacaqdan kənarda  saxlamağı tələb edib. Lakin sürücü bunun mümkünsüz olduğunu bildirərək qaydanı pozmayacağını qeyd edir. Bundan əsəbləşən qadın əvvəlcə sürücüyə qarşı kobudluq edərək onu müxtəlif söyüşlərlə təhqir edir. Lakin bununla kifayətlənməyən qadın sükan arxasında olan sürücüyə hücum edərək onu vurmağa, başlayır və paltarını cırır. Lakin sürücü bütün bu davranışlar qarşısında səbr nümayiş etdirərək reaksiya vermir. 

Qeyd edək ki, 61 saylı marşurutun sürücüsü Rövşən Süleymanovun bu nümunəvi davranışı şirkət tərəfindən qiymətləndirilib və o, mükafatlandırılıb. Onu da əlavə edək ki, “Xaliq Faiqoğlu” MMC tərəfindən sürücülərlə hər həftə mütamadi olaraq görüşlər keçirilir və onlara müxtəlif təlimatlar və tövsiyələr verilir. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, 61 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda çəkilən bu videoda sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edir. Sürücü isə vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişinin bu istəyini yerinə yetirməyib:

“Belə olan halda o, sürücünü təhqir edir və ən dəhşətlisi isə hərəkətdə olan avtobusu idarə edən sürücüyə hücum edir. Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin bununla özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.

Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi, sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçirir. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalmamalıdır. Düşünürük ki, bu kimi etik davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir”.

İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən marşurut avtobusunun sürücüsü sərnişin düşürüb və ya mindirmək üçün dayancaqdan kənar avtobus saxladıqda yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir. Üstəlik kameralarla təchiz edilən avtobuslarda daşıyıcı şirkətlərdə dayanacaqdan kənar avtobus saxlayan sürücüləri cərimələyirlər.

Babək Cahandarov

Paylaş:
589

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər