Britaniya səfiri azərbaycanlı jurnalistlərlə görüşüb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts 3 may- Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirib.
1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən səfir bildirib ki, UNESKO-nun Baş Konfransının işinin nəticəsində 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib.
Azərbaycanın UNESKO-nun fəal üzvü olduğunu deyən diplomat, səfir Polad Bülbüloğlunun bu qurumun baş katibi vəzifəsinə namizədliyinin irəli sürüldüyün xatırladıb.
Əlavə edib ki, indiki çətin dövrdə azad, keyfiyyətli jurnalistikanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən media nümayəndələri öz fikirlərini bölüşüblər.
Pərvanə Sultanova