Camala “Eurovision 2017”də çıxışına görə nə qədər qazanacaq?
“Eurovision 2016” mahnı müsabiqəsinin qalibi ukraynalı müğənni Camalanın bu ilki mahnı yarışında oxuması üçün alacağı qonorar açıqlanıb.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, müğənni çıxışına görə 985,5 min qrivin (təxminən 37 min dollar) qazanacaq.
“Eurovision 2004” qalibi Ruslana isə demək olar ki, iki dəfə az, 393,652 min qrivin (14,8 min dollar) qonorar alacaq.
Ukrayna İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision 2016” mahnı müsabiqəsində Camalanın oxuduğu "1944" adlı mahnı ilə birinci yerə çıxıb.
Mahnı müsabiqəsinin rəsmi açılışı mayın 7-də Kiyevdə olacaq. Yarım finallar 9-11 may, final isə 13 mayda keçiriləcək. Müsabiqədə 42 ölkə iştirak edəcək.
1news.az
885