Ekspertiza: Sünnət zamanı azyaşlının ölümünə “Novokain” səbəb olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekspertiza: Sünnət zamanı azyaşlının ölümünə “Novokain” səbəb olub

14:32 - 04 / 05 / 2017
Ekspertiza: Sünnət zamanı azyaşlının ölümünə “Novokain” səbəb olub

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Mərkəzdən məlumat verilib.

Məlumatda qeyd edilir ki, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novokain” dərmanının vurulmasından yaranıb:

“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novokain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir.

S.Xankişiyeva

Paylaş:
3663

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər