Bir ay davam edən su festivalı Sumqayıtda başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ay davam edən su festivalı Sumqayıtda başa çatıb - FOTO

22:17 - 05 / 05 / 2017
Bir ay davam edən su festivalı Sumqayıtda başa çatıb - FOTO

Aprelin 5-dən mayın 5-dək davam edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin sonuncu ünvanı Sumqayıt şəhəri olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 5-də axşam saatlarında Bayraq meydanında keçirilən su festivalını minlərlə sakin izləyib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilib. Bildirilib ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən artıq atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaq. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi sumqayıtlı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna nəzər salınıb.

Oyunların ulduz səfiri, Əməkdar Artist Tünzalə Ağayevanın, ifaçılar Fəhmin Əhmədli və Leyla Məmmədovanın, “Mirvari” rəqs qrupunun ifaları, möhtəşəm su effekti və atəşfəşanlıq sumqayıtlılara və şəhərin qonaqlarına unudulmaz anlar yaşadıb.

Sumqayıtda Almaniyanın Lüdviqshafen şəhəri ilə dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak edən alman nümayəndə heyəti də festivalı izləyənlər arasında olub.

Möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığını bildirən yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev deyib: “Ölkəmizi təmsil edən hər bir idmançı bu vəzifənin məsuliyyətini hiss edir və əlbəttə ki, yarışlarda yalnız uğur qazanmağı düşünür, bunun üçün gərgin məşqlər edir. İstər idmançılar, istərsə də tamaşaçılar İslam Həmrəyliyi Oyunlarının dəyərlərini yüksək qiymətləndirməli və digər müsəlman ölkələrindən ölkəmizə təşrif buyuracaq hər kəsə bu dəyərləri təbliğ etməlidir”.

Xatırladaq ki, su səyahətinin sonuncu mərhələsinə səhər saatlarında Sumqayıtda Xəzərin sahilindən suyun götürülməsi ilə start verilib.

Prezident təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Məmməd Eyvazov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev və futbol həvəskarı Səlim İmranlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Sumqayıtda Xəzərin sahilindən su ilə doldurublar.

Sonra “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə reallaşan tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.

Tədbirin qonaqları arasında Oyunların idmançı səfiri İlham Zəkiyev, ulduz səfirlər Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Hacı Nuran da var idi.

Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə mükafatlar təqdim olunub.

On beş bölgəni əhatə edən Xəzərdən başlayan su səyahəti 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən çox dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar.

1news.az

Paylaş:
811

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər