Bakıda UNESCO üzrə Azərbaycan Milli Komissiyası üzvlərinin iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda UNESCO üzrə Azərbaycan Milli Komissiyası üzvlərinin iclası keçirilib

16:35 - 06 / 05 / 2017
Bakıda UNESCO üzrə Azərbaycan  Milli Komissiyası üzvlərinin iclası keçirilib

Azərbaycan və YUNESKO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda fəxri qonaq statusunda YUNESKO-nun Baş direktoru İrina Bokova iştirak edib.

Xarici işlər naziri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası açaraq 25 il ərzində Azərbaycanın YUNESKO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan – YUNESKO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin YUNESKO-nun Ümumdünya irs siyahısına, səkkiz nominasiyasının YUNESKO-nun qeyri-maddi irs siyahısına və bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barəsində məlumat verib.

 E. Məmmədyarov Azərbaycanın YUNESKO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə YUNESKO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın YUNESKO-nun donorlarından biri olduğunu qeyd edərək 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış çərçivə sazişinə uyğun olaraq ölkəmizin YUNESKO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.

 Nazir YUNESKO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra sözü YUNESKO-nun Baş direktoru İrina Bokovaya verib. İ. Bokova 25 il ərzində Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb.  Azərbaycan və YUNESKO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib. O, ölkəmizin YUNESKO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

İ. Bokova Bakıda keçirilən və YUNESKO-nun da tərəfdaşı olduğu 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.

1news.az

 

 

 

 

 

 

Paylaş:
608

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər