Havanın temperaturu Bakıda 31, rayonlarda 32 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 31, rayonlarda 32 dərəcəyə qədər artacaq

12:55 - 08 / 05 / 2017
Havanın temperaturu Bakıda 31, rayonlarda 32 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 26-31, Bakıda gecə 15-17, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında mayın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər