Fikrət Sadıxov: Moskva ölkələrimiz arasında yüksəksəviyyəli əməkdaşlığı nəzərə alaraq ÜAK-ın ləğvinə yol verməməlidir
Bu gün, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
1news.az Konqres ətrafında yaranan vəziyyətlə bağlı politoloq Fikrət Sadıxovla müzakirələr aparıb:
- Sizcə yaranmış vəziyyət nə ilə əlaqədardır? Bu, ikitərəfli yüksəksəviyyəli münasibətlərə necə təsir göstərə bilər?
- Uzun illər ərzində ÜAK Azərbaycan həqiqətlərinin rus vətəndaşlarına çatdıraraq fəal ictimai-siyasi iş aparıb və aparmaqda da davam edib. Eləcə də, ÜAK Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə imkan yaradıb. Bəlkə də, tərəfdaşlığın həmin strateji formatı müəyyən mənada bu təşkilatın xidmətidir.
Bu təşkilat sistemli şəkildə qurulub. Burada Rusiyadakı məşhur azərbaycanlılar birləşib. Həmçinin bu təşkilat Rusiyanın məşhur ictimai və dövlət xadimləri, elm və mədəniyyət adamları ilə əməkdaşlıq edilib. ÜAK onlarla sıx şəkildə əməkdaşlıq edib. Ümumilkdə isə, təşkilat ətrafında çıxan qəfil narazılıqlar, kiçik hüquqi məsələlərdə erməni izləri hiss olunur. Erməni eksperləti, analitikləri Rusiya telekanal və KİV-ində necə fəallıq etmələrini hər kəs aydın görür. Onlar demək olar ki, Rusiyanın bütün efir, radio, mətbu orqanlarını tutaraq, təbii olaraq kulisdə, ölkənin müəyyən dövlət və ictimai qurumları ilə də fəaliyyət göstərirlər.
Bu izi istisna etmək olmaz ki, ÜAK-ın uzun illər çalışdığı, fəaliyyət göstərdiyi hüquqi statusa qarşı qəfil narazılıqlar çıxdı. Həmçinin ÜAK Rusiya ictimai-siyasi elitasının az kömək göstərməyib. Tədbirlərdə Rusiyanın mədəni və siyasi elitası ilə sıx əməkdşalıq edib. Bu, ictimai faktdır.
Buna görə də düşünürəm ki, burada bəzi formal mütəffəkirlərin yapışdığı hüquqi faktor başlıca səbəb deyil, bu, siyasi məsələdir. Bütün bunlara inanmaq çətindir. Çünki, uzun illər ÜAK-ın işlədiyi qeydiyyatla bağlı formal, xırda məsələləri məhkəməyə qədər çatdırmayaraq, dostluq əsasənda həll etmək də mümkün olardı. Və bütün bunların fonunda bu təşkilata qarşı bu cür münasibət çox qəribə görünür. Düşünürəm ki, əsl sifarişçi pərdə araxasındadır. Və burada erməni faktorunun az rol oynadığına da şübhə ilə yanaşıram.
Rusiya ilə aramızda tərəfdaşlığın strateji əməkdaşlığı, çoxsaylı razılaşma və müqavilələr, eləcə də ikitərəfli münasibətlərdə bir sıra problemlə bağlı qarşılıqlı anlaşma mövcuddur. Biz siyasət, mədəniyyət, hümanitar və elm sahələrində fəal əməkdaşlıq edirik, ölkə rəhbərləri arasında yaxşı əlaqələr var.
Moskva unutmasın ki, Azərbaycanda müxtəlif orqanlarda, mədəniyətin müxtəlif sahələrində fəaliyyət göstərən 120 min üzvü olan rus icması mövcuddur. Bu haqda Rusiyanın rəsmi qurumları da unutmasın. Əgər hər şeyi öz axarına buraxsaq, müəyyən insanların səhv qərarları ikitərəfli münasitblərimizə təsir göstərə bilər.
- ÜAK-ın ləğvi ilə bağlı qərar iki dövlər arasındakı münaisbətlərə, eləcə də iki ölkə ictimaiyyətinə təsir göstərəcəkmi?
- Əlbəttə ki, strateji tərəfdaşlıq çox möhkəmdir və fundamental hüquqi-siyasi əsaslara sahibdir. Bu qərar bu formata çox da mənfi təsir göstərərək, ekstremal nəticələrə gətirib çıxarmaya bilər. Lakin Azərbaycan ictimaiyyəti veriləcək qərardan nəticələr çıxaracaq. Ölkə ictimaiyyəti bundan yan keçməməlidir.
Buna görə də biz, ictimai xadimlər, mədəniyyət və elm adamları müvafiq orqanlara müraciət etməliyik ki, bu tərəfdaşlığın soyumasına, ölkələrimiz arasında uzun illər sürən əməkdaşlığa mənfi təsir etməsin.
- Bu, Qarabağ münaqişəsinin nizamlanmasında,Rusiyanın Minsk qrupunda vasitəçi rolu nöqteyi-nəzərindən necə qəbul edilə bilər?
- Açığı üç ölkənin iştirakı ilə ATƏT-in Minsk qrupu uzun zamandır Azərbaycan ictimaiyyətində tənqidlərə səbəb olur. Belə ki, vasitəçilik rolu heç bir müsbət nəticələrə gətirib çıxarmayıb. Burada kimisə tək günahlandırmaq qeyri-obyektivlikdir. Lakin, biz bilirik ki, bu münaqişənin nizamlanmasında Rusiya vacib rol oynayır.
Belə ki, Rusiya Ermənistanın mütttəfiqidir, ona görə də Ermənistana müyyən təsirlər göstərə bilər. Bütün bunları aydın gördüyümüz üçün, çoxdandır ki, ATƏT-in Minsk qrupunun obyektivliyinə inanmırıq. ÜAK-ın ləğvi bu ölkənin problemin həlli ilə bağlı obyektivliyinə inamı öldürə bilər.
Düşünürəm ki, qarşılıqlı münasibət və strateji tərəfdaşlıq çərçivəsində sıx əməkdaşlığı nəzərə alaraq Moskva buna yol verməməlidir.
* * *
Xatırladaq ki, daha əvvəl Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması ilə bağlı narahatlığını bildirmişdi. Onun sözlərinə görə, uzun illər Azərbaycanda rus icması və Rusiyada Azərbcaycan icması ÜAK-da sıx əməkdaşlıq ediblər. Həmçinin deputat Azərbaycanda rus dilininin eləcə də, məktəblərdə rus dilində təhsilin qorunub saxlanılmasını vurğulayıb. Zabelin qeyd edib ki, təəssüf ki, Rusiyada müəyyən qüvvələr Ümumrusiya Azərbaycan Konqresinin təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar.
Öz növbəsində də ÜAK prezindentinin məsləhətçisi, Konqresin Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov 1news.az-a müsahibə verib. O, qeyd edib ki, ÜAK heç bir zaman qanun pozuntularına yol verməyib, fəaliyyətində ciddi səhvləri olmayıb, hər zaman qanun çərçivəsində çalışıb. Buna görə də hesab edirəm ki, bu cür təşkilatın ləğvi kökündən yanlışdır.
Həmçinin Rüstəmov qeyd edib ki, ÜAK qarşında üç əsas və vacib məqsəd dayanır:
“Rusiya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin tarixi, mədəniyyəti, inkişaf prosesləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqda. Bu gün bu istiqamətdə müəyyən problemlər var. İkincisi isə - Azərbaycanla Rusiyanın maraqlarının qarşılaşdığı məqamları axtarıb tapmaq. Üçüncüsü isə - gənclərin əməkdaşlıq və qarşılıqlı anlaşma istiqamətində tərbiyəsidir”.
Tərcümə: S.Xankişiyeva