Mübariz Əhmədoğlu: ATƏT-in İrəvan ofisinin bağlanması “konsensus minus bir” ideyasını aktuallaşdırır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ATƏT-in İrəvan ofisinin bağlanması “konsensus minus bir” ideyasını aktuallaşdırır

12:44 - 15 / 05 / 2017
Mübariz Əhmədoğlu: ATƏT-in İrəvan ofisinin bağlanması “konsensus minus bir” ideyasını aktuallaşdırır

ATƏT-in İrəvan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb. Amma ATƏT-in İrəvan ofisinin bağlanması birdən-birə baş verməyib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in İrəvan ofisinin bağlanması ilə bağlı xəbəri şərh edərkən bildirib:

“ATƏT bütün strukturları ilə Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana yardımçı mövqedə idi. ATƏT MQ tənzimlənməni bir kənara qoyub Ermənistanın imitasiyasına şərait yaratmaqla, başqa sözlə status-kvonu möhkəmlətməklə məşğul idi. ATƏT-in İrəvan ofisi Ermənistan üçün mühüm maliyyə mənbələrindən birinə çevrilmişdi. Bu ofis son 10 ildə dolayısı və ya birbaşa Dağlıq Qarabağ tənzimlənməsinin hərbi aspektlərinə təsir edə biləcək layihələr reallaşdırırdı”.

Politoloqun fikrincə, son 10 ilin böyük əksər hissəsini ATƏT-in İrəvan ofisinə milliyyətcə erməni olan RF vətəndaşları başçılıq edib:

“ATƏT-in Bakı ofisi əcaib səbəblə bağlandı. ATƏT-in Bakı ofisinin rəhbəri Fransa vətəndaşı, milliyyətcə  azərbaycanlı A. Şahtaxtinski etimadnaməsini təqdim edərkən prezident İ.Əliyevlə şəkil çəkdirmişdi. Bu Azərbaycanda etimadnaməsini təqdim edən səfirlərlə prosedur qaydaya çevrilib. A. Şahtaxtinskinin prezident İ.Əliyevlə şəkil çəkdirməsi ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayernin xoşuna gəlməmişdi. Amma ATƏT-in İrəvan ofisinin başçısı Andrey Sorokin səlahiyyətlərini başa vurarkən Ermənistan prezidentinin evində prezidentin xanımı R.Sərkisyanla xeyriyyə konsertinin sponsorluq və aranjemanıq məsələlərini müzakirə etməsindən ötrü ABŞ-ın ATƏT-dəki səfiri D.Bayerdən yəqin ki, minnətdarlıq alıb.

Baş verənlər daha irəli getməyi tələb edir. Əks təqdirdə ATƏT-in Bakıda ofisi olmadığı kimi İrəvanda da ofisi olmayacaq. Ermənistan XİN regionda ATƏT-in ofisinin yalnız İrəvanda olması ilə iki dəfə lovğalanmışdı. Beləliklə, İrəvan öyünc və maliyyə mənbələrinin birindən məhrum olacaq”.

M.Əhmədoğlunun fikrincə,  ATƏT-in ən böyük problemi qərarların konsensusla qəbul edilməsidir:

“Ermənistan bu vaxtadək bundan su-istifadə edib. İndi Azərbaycan da ATƏT-in konsensus mexanizmini öz xeyrinə işlətməyə başlayıb. Belə halda ən yaxşı variant “konsensus -1” prinsipinin tətbiqidir. Konsensusologiyada (xüsusilə elmi araşdırmaların sistemləşdirilməsində və sosiologiyada) “-1” və ya “-2” prinsipləri geniş tətbiq edilir. İndi bu mexanizmləri ATƏT-ə  gətirmək lazımdır. O zaman ATƏT-in Minsk Qrupunun tənzimlənmədə fəallığı artacaq. Ermənistan üçün ATƏT MQ alternativsiz vasitəçilik missiyası olmayacaq. Beləliklə qısa müddət ərzində regionda sülh, sabitlik və inkişaf başlayacaq. Çünki Dağlıq Qarabağ problemi həllini tapacaq”.

S.Xankişiyeva

Paylaş:
768

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər