5 Azərbaycan sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

5 Azərbaycan sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

17:46 - Bu gün
5 Azərbaycan sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Albaniyanın paytaxtı Tiranada təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün mübarizəyə başlayan Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb.

Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Djioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal görüşündə Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Rəşid Babazadə (65 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər