Azərbaycan XİN rəsmisindən Nyu-York merinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına REAKSİYA | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN rəsmisindən Nyu-York merinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına REAKSİYA

14:44 - Bu gün
Azərbaycan XİN rəsmisindən Nyu-York merinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında bildirib.

A.Hacıyev qeyd edib:

"Bələdiyyə başçısı Zohran Kvame Məmdani, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiyanın yayılmasından çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla cəmiyyətdə parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

Biz Sizin təxribat xarakterli bəyanatınızı qətiyyətlə rədd edirik. Bu cür fikirlər regionun tarixini və mövcud reallıqları anlamamağı nümayiş etdirir və faktları siyasi məqsədlər naminə təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət etmişdir.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik davam edən qeyri-qanuni işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələnmişdir. “Qovulma” ilə bağlı iddialar isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.

Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, seçilmiş bir vəzifəli şəxs birtərəfli yanaşmanı təşviq edir, işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı həyata keçirilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin sistemli şəkildə məhv edilməsini isə görməzdən gəlir.

Bu cür məsuliyyətsiz və təxribat xarakterli bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir".

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər