İran–ABŞ gərginliyi: Hörmüzdən keçən gəmilərin sayı 5-ə düşdü | 1news.az | Xəbərlər
Dünya

İran–ABŞ gərginliyi: Hörmüzdən keçən gəmilərin sayı 5-ə düşdü

Qafar Ağayev17:27 - Bu gün
İran–ABŞ gərginliyi: Hörmüzdən keçən gəmilərin sayı 5-ə düşdü

Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb.

1news.az xəbər verir ki, İran–ABŞ gərginliyi və son günlər gəmilərə əl qoyma halları fonunda son 24 saatda boğazdan cəmi 5 gəmi keçib. Onlardan birinin İrana məxsus neft məhsulları tankeri olduğu bildirilir.

Məlumata görə, İranın bu həftə iki konteyner gəmisinə əl qoyması, həmçinin ABŞ-nin İran limanlarına qarşı blokadanı davam etdirməsi regionda əsas nəqliyyat marşrutlarından biri olan bu su yolunda hərəkəti demək olar ki, iflic vəziyyətinə salıb.

Qeyd edək ki, müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 140 gəmi keçirdi, lakin hazırkı göstərici bu səviyyədən xeyli aşağıdır.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər