Köhnə “Sovetski”nin yeni görkəmi – FOTO - VİDEO
Bakının Yasamal rayonu ərazisində yerləşən köhnə “Sovetski”də (hazırda Nəriman Nərimanov prospekti) aparılan yenidənqurma işləri şəhərin görkəmini tamamilə dəyişib.
Yeni nəqliyyat infrastrukturu, geniş yollar, “Qış bulvarı”nın davamı – bu kimi çox dəyişikliklər paytaxtımızı daha da bəzəyəcək.
Bəs köhnə “Sovetski”nin yeni görkəmi necə olacaq?
1news.az-ın jurnalisti tikinti aparılan yerə gedərək, Bakınin bu hissəsinin memarlığı, hərəkəti və ekologiyasının əhəmiyyətli dərəcədə yaxşılaşacağının şahidi olub.
İlk olaraq qeyd edək ki, “Sovetski”də qızğın işlər aparılır. Nəriman Nərimanov prospekti, Balababa Məcidov, Abdulla Şaiq, Mirzaağa Əliyev küçələri və Füzuli küçəsinin bir hissəsində səkilər salınır, yağış suları üçün kanalizasiya xətləri çəkilir, fənərlər üçün elektirk naqilləri quraşdırılır.
1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, 26 hektarlıq ərazinin 23 hektarında yaşıllaşdırma salınacaq, 3 hetkarlıq ərazi də isə avtomobil yolları çəkiləcək.
Yenidənqurma işlərinin ikinci mərhələsində piyadalar üçün xüsusi yeraltı keçid tikiləcək. Buradan “Təzə pir” məscidinə birbaşa çıxmaq olacaq. Həmçinin Nəriman Nərimanov prospektində də yeraltı keçdilərin tikintisi nəzərdə tutulub.
“Sovetski” ilə gəzişərkən işlərin möhtəşəmliyinə şahid olursan. Və nəticə göz qabağındadır, köhnə “Sovetski”ni tanımaq olmur. Əgər əvvəllər bura köhnə evlər, dar küçələrlə əhatə olunmuşdusa, indi isə burada Bakının möhtəşəm panoraması açılır. Parkın kənarında əkilmiş ağaclar böyüyəndə isə hər tərəf yaşıl rəngə bürünəcək.
Beləliklə, yaxın zamanlarda köhnə “Sovetski”nin yeni görkəmi nəinki bakılıları, eləcə də paytaxtımıza təşrif buyuran hər kəsi sevindirəcək.
Tərcümə: S.Xankişiyeva