Elçin Mirzəbəyli: ÜAK-la bağlı qərar Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını şübhə altına alır | 1news.az | Xəbərlər
Siyasət

Elçin Mirzəbəyli: ÜAK-la bağlı qərar Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını şübhə altına alır

16:35 - 19 / 05 / 2017
Elçin Mirzəbəyli: ÜAK-la bağlı qərar Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını şübhə altına alır

ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar heç bir halda əsaslı sayıla bilməz. Çünki hüquqi motivlərə söykənmir və Rusiyanın Ədliyyə Nazirliyinin müraciətində yer alan iddialar, xüsusilə də təşkilatın adının onun fəaliyyətinə uyğun gəlməməsi ilə bağlı məsələ sadəcə gülünc olmaqla yanaşı təəccüb doğurur.

Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsini şərh edərkən deyib:

“Məlum olduğu kimi, Ədliyyə Nazirliyi ÜAK-ı məhz bu adla qeydə alıb və əgər adda nizamnamə fəaliyyətinə uyğun gəlməyən hər hansı bir məqam varsa bu, Ədliyyə Nazirliyinin öz günahıdır və öz günahına görə də hər hansı bir təşkilatın qeydiyyatını ləğv edə bilməz.

Digər arqumentlər də faktiki olaraq əsassızdır. Misal üçün, bildirilir ki, Rəyasət Heyətinin toplantıları keçirilməyib. Nəzərə almaq lazımdır ki, ÜAK kimi təşkilatların əsas toplantısı onların qurultayıdır. Qurultaydan da elə də çox vaxt keçməyib. Həm Rusiya, həm də Azərbaycan mediasında kifayət qədər geniş işıqlandırılıb. Təbii ki, Ədliyyə Nazirliyinin də bundan xəbəri olub. Bu baxımdan bu arqument də əsassızdır.

Rusiyada qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən çoxlu sayda diaspor qurumları var. Eyni zamanda milli-mədəni muxtariyyətlər var ki, onların demək olar ki, mütləq əksəriyyətinin rəyasət heyətlərinin toplantısı nizamnamədə qeyd olunan formada həyata keçirilmir”.

E.Mirzəbəylinin sözlərinə görə, bütün bu amillər sübut edir ki, ÜAK-ın qeydiyyatının ləğv olunması ilə bağlı qərar hüquqi xarakter daşımır və birmənalı şəkildə siyasi qərardır. Belə bir qərarın da verilməsi Azərbaycan – Rusiya münasibətlərinin mahiyyətinə uyğun gəlmir. O, eyni zamanda sözügedən qərarın Rusiyanın ATƏT-in Minsk qrupunun bir üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə götürdüyü vasitəçilik missiyasını da şübhə altına aldığını vurğulayıb:

“Çünki Azərbaycan bu günə qədər Rusiyaya münasibətdə hər zaman ədalətli və yaxın qonşuluq prinsiplərindən çıxış edib. Beynəlxalq təşkilatlarda Rusiyaya qarşı həyata keçirilən, atılan addımların əleyhinə olub. Azərbaycan AŞPA-da Rusiya əleyhinə qərar çıxarılarkən də buna qarşı çıxıb. Ümumiyyətlə, Azərbaycanın Rusiyaya olan yaxşı münasibətini göstərən çoxsaylı faktlar tapmaq olar.

Bütün bunlar, ölkəmiz tərəfindən Rusiyaya münasibətdə atılan addımları nəzərə aldıqda görərik ki, ÜAK-ın bağlanması ilə bağlı qərar heç bir hüquqi əsası olmayan, qərəzli bir qərar olmaqla yanaşı, Rusiyanın ATƏT-in Minsk qrupunun bir üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə götürdüyü vasitəçilik missiyasını şübhə altına alır. Bu baxımdan hesab edirəm ki, bu qərar Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmasa iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək, xüsusən də Azərbaycanın ictimai rəyində Rusiyaya olan münasibətə ciddi zərbə vuracaq”.

Qərarın ləğv olunmayacağı təqdirdə atılacaq addımlara gəlincə, E.Mirzəbəyli hesab edir ki, Azərbaycan diasporu özü gücünü və potensialını ortaya qoyaraq başqa bir təşkilatın ətrafında birləşərək fəaliyyətini davam etdirməlidir.

Azərbaycanda rus icmasına və mədəniyyətinə verilən diqqət və qayğıdan da danışan E.Mirzəbəyli bildirib ki, Rusiyadan fərqli olaraq Azərbaycan tərəfindən buradakı rus icmasına münasibət Rusiyaya görə deyil, Azərbaycanın öz vətəndaşlarına olan münasibətdir:

“Azərbaycanda rus mədəniyyətinə, ədəbiyyatına, dilinə verilən dəyər isə hər kəsə yaxşı məlumdur. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada rus dilində tədris hələ də qorunub saxlanılır. Eyni zamanda Rusiyanın tanınmış universitetlərinin Bakıda filialları fəaliyyət göstərir.

Bundan başqa, məlum olduğu kimi, Azərbaycanda rus icması fəaliyyət göstərir. Azərbaycanın bu icmaya qarşı hansısa bir addım atacağını gözləmək düzgün olmazdı. Çünki Azərbaycan tərəfindən buradakı rus icmasına münasibət Rusiyaya görə deyil, Azərbaycanın öz vətəndaşlarına olan münasibətdir. Azərbaycan bu günə qədər bütün dini konfessiyaların, etnik azlıqların və digər qrupların bir təşkilatda təmsil olunmaq hüququna necə sayğı ilə yanaşıbsa, bundan sonra da belə yanaşacaq.

Bizi Rusiyadan və digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də fərqli mədəniyyətlərə tolerant münasibətimizdir. Bununla belə inanıram ki, Azərbaycanda olan rus icması, eləcə də digər icmalar Rusiyanın bu addımından nəticə çıxaracaqlar və məsələ ilə bağlı öz etirazlarını bildirəcəklər.

Təbii ki, yaranmış vəziyyət ictimai rəydə müəyyən dəyişikliklərə səbəb olacaq. Bu da daha çox Rusiyanı narahat edən amildir”.

Babək Cahandarov

Paylaş:
622

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər