Tarix İnstitutu: “Azərbaycanın soyqırım zamanı məruz qaldığı itkilər dəqiqləşdiriləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix İnstitutu: “Azərbaycanın soyqırım zamanı məruz qaldığı itkilər dəqiqləşdiriləcək”

19:30 - 19 / 05 / 2017
Tarix İnstitutu: “Azərbaycanın soyqırım zamanı məruz qaldığı itkilər dəqiqləşdiriləcək”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın mayın 19-da keçirilən iclasında institut direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Y.Mahmudov bildirib ki, prezidentin sərəncamı Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacaq: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda Cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və Cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Bildirilib ki, Türkiyə, Ukrayna və Polşadakı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı olan sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi Şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

İnstitutun direktoru diqqətə çatdırıb ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Tarix İnstitutu “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq.

İnstitut direktoru “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladaraq, məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir” - akademik vurğulayıb.

Toplantıda internet resurslarında, o cümlədən vikipediyada Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

1news.az

Paylaş:
729

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər