İki məktəblinin münaqişəsi ölümlə nəticələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

İki məktəblinin münaqişəsi ölümlə nəticələnib

16:25 - 29 / 05 / 2017
İki məktəblinin münaqişəsi ölümlə nəticələnib

Mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər