Paolo Alli: "Ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir" | 1news.az | Xəbərlər
Siyasət

Paolo Alli: "Ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir"

12:28 - 29 / 05 / 2017
Paolo Alli: "Ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir"

Mayın 29-da NATO Parlament Assambleyasının yaz sessiyasının geniş iclası keçirilib.

1news.az Azərtac-a istinadla xəbər verir ki, iclasda çıxış edən assambleyanın prezidenti Paolo Alli Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.

Dövlətlərin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını xüsusi vurğulayan prezident deyib ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir. NATO dövlətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında müəyyən olunmuş ərazi bütövlüyünü dəstəkləyir.

P.Alli çıxışında NATO-nun xərclərinin artırılmasının vacibliyini vurğulayıb və deyib ki, yaxın gələcəkdə təşkilata üzv ölkələr ümumi daxili məhsulun 2 faizi həcmində üzvlük haqqı ödəməli olacaqlar.

Sonra o, kibercinayətkarlığa, dezinformasiyalara qarşı mübarizə, ərzaq və iqlim dəyişikliyi, iqtisadi təhlükəsizlik və digər məsələlərdən danışıb. Bütün dövlətləri birliyə dəvət edib.

Sonra Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edib, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, silahlı qüvvələrin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, bu sessiyada “Gürcüstanın Avroatlantik inteqrasiyasının dəstəklənməsi” bəyannaməsi qəbul olunacaq.

1news.az

 

 

Paylaş:
663

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər