Ağdaşda İcra Hakimiyyətinin köhnə binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda İcra Hakimiyyətinin köhnə binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb

18:20 - 30 / 05 / 2017
Ağdaşda İcra Hakimiyyətinin köhnə binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb

2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Babək Cahandarov

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər