Baş Prokurorluq məcburi köçkünün məsələsini xüsusi nəzarətə götürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq məcburi köçkünün məsələsini xüsusi nəzarətə götürüb

22:02 - 30 / 05 / 2017
Baş Prokurorluq məcburi köçkünün məsələsini xüsusi nəzarətə götürüb

Baş Prokurorluq rəhbərliyi Ağdam rayonundan məcburi köçkün Hüseynov Vilayət Barat oğlunun intihara cəhdinin araşdırılmasını xüsusi nəzarətə götürüb. 

1news.az-ın xəbərinə  görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilib ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Qasımov Mütalib Sarı oğlunun 1 may 2017-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciəti əsasında Ağcabədi RPŞ-nin İstintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Ağdam rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış Hüseynov Vilayət Barat oğlundan şübhələndiyini bildirib. İş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınıb. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırmış, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

 Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

 Araşdırmalarla müəyyən edilib ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və  rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.

 Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin başvermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib.

1news.az

Paylaş:
504

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər