Səyahətə gedənlərə müraciət: turist vauçeri və müqavilə tələb edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Səyahətə gedənlərə müraciət: turist vauçeri və müqavilə tələb edin

12:39 - 30 / 05 / 2017
Səyahətə gedənlərə müraciət: turist vauçeri və müqavilə tələb edin

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.

1news.az-ın nazirliyin saytına istinadən məlumatına görə, müraciətdə deyilir ki, yay mövsümünün başlanması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində  turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır:

“Bununla əlaqədar bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz”.

Pərvanə Sultanova

Paylaş:
1571

Son xəbərlər

Bütün xəbərlər