Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər

12:50 - 30 / 05 / 2017
Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazirin müavini 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş nazirin müavini deyib ki, qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialdan hərtərəfli istifadə etmək zəruridir.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan tərəfdaş ölkələrdir.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. İqtisadi əlaqələrin genişləndirilməsində hökumətlərarası komissiya xüsusi rol oynayır.

Görüşdə Latviya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra möhkəmləndirilməsinə mühüm təkan verəcək. Səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinə yönəlib.

Bu gün Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov ölkəmizin iqtisadi potensialını, əldə etdiyi uğurları və reallaşdırdığı infrastruktur layihələrini diqqətə çatdırıb.

S.Xankişiyeva

Paylaş:
631

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər