ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi göstərməyə hazırıq | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi göstərməyə hazırıq

19:06 - 31 / 05 / 2017
ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi göstərməyə hazırıq

Bütün bu tədbirlər Avropanın rifahının təmin olunmasına yönəlib.

1news.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı münasibətilə keçirilən ziyafətdə deyib.

Sərginin açılışında prezident Donald Trampın Prezident İlham Əliyevə məktubunun oxunduğunu deyən səfir, Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə də Trampın azərbaycanlı həmkarına məktub ünvanladığını xatırladıb və bildirib ki, hər iki məktubda Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğu vurğulanıb.

“Ökələrimiz terrorizmlə mübarizədə birgə fəaliyyət göstərir. Trampın məktubunda qeyd edildiyi kimi, biz Dağlıq Qarabağ münaqişəsi tərəflərinə münaqişənin sülh yolu ilə həlli üçün  bir araya gəlməsində səylərimizi göstərməyə hazırıq”- deyə, R.Sekuta qeyd edib. 

Pərvanə Sultanova

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər