Bakıda 2 otaqlı ev yanıb

Paytaxt Bakıda yerləşən 2 otaqlı evdə yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
494