Bakıda MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib – FOTO

12:53 - 31 / 05 / 2017
Bakıda MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib – FOTO

Mayın 31-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti, 57-ci iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, iclasda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin, Qazaxıstan Statistika Komitəsinin sədri Nurbolat Aydapkelov, Moldova Milli Statistika Bürosunun Baş direktoru Vitali Valkov, Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov, Belarus Milli Statistika Komitəsi sədrinin müavini Janna Vasilevskaya, Qırğız Milli Statistika Komitəsi sədrinin müavini Baisbek Qasımbekov, Tacikistan Statistika Agentliyi direktorunun müavini Qiyomiddin Davlatzoda iştirak ediblər.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclas iştirakçılarını salamlayıb, Şuranın gündəliyi baradə məlumat verib.

Şuranın 57-ci iclasında MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlığın gedişatı, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilib.

Şurada MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının və MDB Dövlətlərarası Statistika Komitəsinin 2016-cı ildəki işi haqqında hesabatı, MDB Dövlətlərarası Statistika Komitəsinin 2018-ci il üçün işlər Proqramına baxılıb və təsdiq edilib.

S.Xankişiyeva

Paylaş:
715

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər