Ağdam və Füzulidə ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam və Füzulidə ev yanıb

14:03 - 01 / 06 / 2017
Ağdam və Füzulidə ev yanıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Gecə saatlarında Füzuli rayonunun Zobucuq qəsəbəsində də yanğın hadisəsi baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 1 otaqlı evin hamamıında 1 ədəd paltaryuyan, hamamın lambirdən ibarət tavanı və divar üzlüyü 4 m2 sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər