NATO nümayəndəsi Azərbaycan sülhməramlıları ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

NATO nümayəndəsi Azərbaycan sülhməramlıları ilə görüşüb – FOTO

15:28 - 01 / 06 / 2017
NATO nümayəndəsi Azərbaycan sülhməramlıları ilə görüşüb – FOTO

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun  Azərbaycan sülhməramlıları ilə  görüşüb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin səylərini xüsusi qeyd edən diviziya generalı E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.

S.Xankişiyeva

 

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər