Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub

16:31 - 02 / 06 / 2017
Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub

Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prossesi davam edir.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin  İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dünən Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteyerdən ibarətdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev KİV nümayəndələrinə məlumat verərək bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə  Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə  yaxın konteynerin daşınması  mümkün olacaqdır. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının  daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə  davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunmuşdur və bu tariflər 01.06.2017-ci il tarixdən yük daşımalara tətbiq edilir.

Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.

Qeyd edəkl ki, konteyner qatarları, tələbata uyğun olaraq,  həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcəkdir. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
555

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər