“Təməl”: Paytaxt məktəblərinin hazırlığı – VİDEO

Təhsil Nazirliyi ilə 1news.az informasiya agentliyinin birgə layihəsi olan “Təməl” proqramının növbəti buraxılışı efir üzü görüb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki buraxılışında Bakı şəhəri Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva ilə paytaxt məktəblərinin, o cümlədən 20 nömrəli məktəbin yeni tədris ilinə hazırlıq işlərindən bəhs edilib.
Söhbət zamanı Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisinin başa çatmasından, eləcə də bu məktəbin əvvəlkindən daha böyük və daha geniş inşa edilməsi və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacağı ilə bağlı müzakirələr aparılıb.
S.Xankişiyeva
844