Ramazanın 8-ci gününün duası, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 8-ci gününün duası, imsak və iftar vaxtı – TƏQVİM

21:34 - 02 / 06 / 2017
Ramazanın 8-ci gününün duası, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının 8-ci günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:13-də, iftar isə saat 20:22-dədir.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!"

Allah orucunuzu qəbul etsin!

1news.az

Paylaş:
1236

Son xəbərlər

Bütün xəbərlər