ÜAK-ın Rəyasət Heyəti Putin və Medvedyevə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

ÜAK-ın Rəyasət Heyəti Putin və Medvedyevə müraciət edib

18:21 - 03 / 06 / 2017
ÜAK-ın Rəyasət Heyəti Putin və Medvedyevə müraciət edib

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rəyasət Heyəti Ümumrusiya Xalq Cəbhəsinin lideri Vladimir Putinə və hakim "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedyevə müraciət edib.

1news.az Apa-ya istinadla xəbər verir ki, Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi haqqında çıxardığı qərarla bağlı olan bu müraciət həm də Ümumrusiya Xalq Cəbhəsinin mərkəzi qərargahının həmsədrləri Stanislav Qovoruxinə, Olqa Timofeyevaya da ünvanlanıb.

Müraciətdə deyilir:

"Bu gün əminliklə demək olar ki, Ümumrusiya Azərbaycan Konqresi və onun regional bölmələri onların qarşısındakı vəzifələrin öhdəsindən gələ bilib, müasir Rusiyanın dövlət və milli siyasətində əhəmiyyətli və hamı tərəfindən qəbul edilən əlaqə vasitəsi olub. ÜAK-ın Rəyasət Heyətinin "Vahid Rusiya" partiyası ilə uğurlu əlaqələri yaranıb. Rusiyada prezident və Dövlət Dumasına seçkilərdə Azərbaycan diasporu hakim partiyanı aktiv şəkildə dəstəkləyib, öz səsini Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi üçün verib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqressinin Rəyasət Heyətinin üzvləri Ali Məhkəmənin qərarını qeyri-məhsuldar hesab edir. Fikrimizcə, 200 il Rusiya xalqı ilə vahid tarixi-coğrafi məkanda yaşayan xalqın ictimai diaspor təşkilatının ləğvi Azərbaycan diasporu tərəfindən düzgün qəbul edilmir".

ÜAK-ın Rəyasət Heyətinin üzvləri yuxarıda qeyd olunan təşkilatların rəhbərlərindən məsələnin ədalətli həllinə yardım göstərməyi xahiş ediblər.

1news.az

 

 

 

Paylaş:
608

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər