Energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb – YENİLƏNİB

09:40 - 05 / 06 / 2017
Energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb – YENİLƏNİB

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) APA-ya verilən məlumata görə, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.

Qeyd edək ki, N. Əliyevin ürəyində problemlər yaranıb və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

Babək Cahandarov

15:08, 4-6-2017

Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

1news.az  Apa-ya istinadla xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva  bildirib.

Onun  sözlərinə görə, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

Hazırda nazir həkimlərin nəzarətindədir. 

Mərkəzi Neftçilər Xəstəxanasından isə bildiriblər ki, Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

“Natiq Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb. Hazırda o, reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq”, deyə xəstəxanadan bildirilib.

1news.az 

 

Paylaş:
1217

Son xəbərlər

Bütün xəbərlər