Qardaşının evini təmir edən Qax sakini yıxılaraq ölüb

Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyunun 4-də Qax rayonunun Əmircan kəndində kənd sakini Malik Ramazanov qardaşının evinin 2-ci mərtəbəsində təmir işləri görərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilən M.Ramazanov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov
965