Qırğızıstanın Azərbaycandakı səfiri geri çağırıldı | 1news.az | Xəbərlər
Siyasət

Qırğızıstanın Azərbaycandakı səfiri geri çağırıldı

15:56 - 05 / 06 / 2017
Qırğızıstanın Azərbaycandakı səfiri geri çağırıldı

Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov vəzifəsindən azad edilib.

1news.az “knews.kg”ə istinadla xəbər verir ki, bu barədə  Qırğızıstan Prezidenti Almazbek Atambayev müvafiq fərman imzalayıb.

Yeni səfirin adı hələlik açıqlanmayıb. 

Buranov bu vəzifədə 31 dekabr 2014-cü il tarixində təyin edilib. Bu təyinata qədər isə səfirliyin müvəqqəti işlər vəkili kimi çalışıb.

Pərvanə Sultanova

 

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər