Universitet təhsilinə start necə başlayır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitet təhsilinə start necə başlayır?

16:03 - 05 / 06 / 2017
Universitet təhsilinə start necə başlayır?

Bu gün sürətlə dəyişən dünyanı forma və məzmun baxımdan yeni nəsil universitetlər yaradır. Buna əsas dəyər olaraq üstünlük verən ölkələr gələcək şokunu daha rahat qarşılayır və milli özünütəsdiq immuniteti qazanırlar.

Bəzən abituriyentlər universitetə qəbul olmağı insan həyatının əsas nailiyyət kimi qəbul edir, nəinki öyrənməyi. Ancaq universiteti qazanmaq hələ yolun başlanğııcı, mükəmməl universitet təhsili isə hədəfə çatmanın əsas şərtlərindəndir.  Universitet -inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə ideyalarını  ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, digər tərəfdən fərqli və yenilikçi, qeyri-sandart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin viziyonunu müəyyənləşdirən missiyaya sahibdir.

Son illərdə ölkəmizdə universitet təhsilinə maraq  keyfiyyət baxımından artıb. Bunu  son 5 ildə ali təhsil müəssisələrinin  bakalavriat  səviyyəsində tələbə qəbulu planı və   qəbul imtahanında iştirak edənlərin nisbi payında əks olunan  artım  dinamikasında görmək olar.  

Son  5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun  kəmiyyət göstəricilərinə  nəzər salsaq görərik ki, ümumi  ərizələrin sayındakı azalmaya rəğmən qəbul olunanların nisbi payı artmışdır. Eyni zamanda tələbə qəbulu planı ötən 5 ildə ilboyu hər il artmışdır.(slayd 1)

Eləcə də, 2014/2015-2015/2016-2015/2016-2017/2018-ci tədris illərində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasını əks etdirən rəqəmlərə  baxsaq, burada illər üzrə hər bir ixtisas qrupunun artan ballarının, deməli  keyfiyyət göstəricilərinin dinamikasının şahidi olarıq.

Qeyd: Keyfiyyət göstəricisi DİM tərəfindən keçirilən imtahanlarda 200 baldan artıq toplayan abituriyentlərin  nəticələrinə görə təsnif olunur.

Əgər 2014/2015-ci tədris ili üzrə qəbul imtahanlarında bütün qruplar üzrə iştirak edən 92 643 abituriyentin keyfiyyət göstəricisi 34,7%,  2015/2016-cı tədris ili üzrə 82 925 abituriyentin bu nəticəsi  40% olmuşdusa, 2016/2017-cı tədrsi  ili  üzrə 78 545 abituriyentin analoji göstəricisi  43,9%  və nəhayət 2017/2018-ci tədris ili üzrə(1 mərhələ) 64 220 abituriyentin  keyfiyyət göstəricisi 48,9 faiz olmuşdur. Başqa sözlə son 4 ildə bu göstərici 14,2% artmışdır. (slayd 2)

Slaydan 3-dən    göründüyü kimi, son 4 tədris ili ərzində ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə tələbə qəbulunun keyfiyyət göstəriciləri yaxşılaşmışdır. Belə ki,keyfiyyət göstəricisi  I ixtisas qrupunda 12,8%, II ixtisas qrupunda 10,6%,III ixtisas qrupunda 11,5%, IV ixtisas qrupunda isə 38,4 % artmışdır.

Bildiyimiz kimi, bütün dünyada elmi ədəbiyyatın ən böyük data məlumatları ingilis dilindədir. Təhsilin ən böyük qloballaşma alətlərindən biri olan tədrisdə çoxdilli mühitin yaradılması ali təhsilin inkişafı üçün vacib həlqədir. Bu baxımdan tədrisdə ingilis dilinin rolu getdikcə artır. Yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycanın ali təhsil müəssisələrinə son iki il ərzində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulu artıb. Bunu aşağıdakı slayddan da  görmək olar.

Buradan da göründüyü kimi, inglis dilində tədris olunan ixtisasların sayı, proqnoz yerləri, həmçinin qəbul olunma faizi də xeyli yüksəlmişdir.(slayd 4)

Digər müsbət bir tendensiya 2016 və 2017-ci illərdə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturasına keçirilən qəbul imtahanının I mərhələsi üzrə nəticələrinin  müqayisəli təhlilində izləməyə imkan verir. Aşağıda təqdim olunan  slayddan da göründüyü kimi,  imtahanın nəticələrinə görə 51 və daha yüksək nəticə göstərənlər ötən ilə nisbətdə 2 dəfədən artıq (müvafiq olaraq 2016-cı ildə 25,77 % - 2017-ci ildə bu göstərici 57,99 faiz )olmuşdur. Və əksinə 40 bal və daha az toplayanların faiz nisbətində kəskin azalma(müvafiq olaraq 2016- cı ildə 49,56% idisə, 2017-ci ildə bu rəqəm 18,36 %) müşahidə olunur.

Buradan  göründüyü kimi, magistratura səviyyəsi üzrə imtahanlarda iştirak edən bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən cari tədris ilində daha yüksək olub. Ötən illə müqayisədə imtahana gəlməyənlərin  sayı 15 dəfə azalıb. Cədvəldən bir daha aydın olur ki, bu il imtahanlarda daha hazırlıqlı bakalavrlar iştirak edir və onların ümumi nəticələri daha yüksəkdir. Başqa sözlə cari ildə magistraturaya yalnız həqiqətən gələcəkdə magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər sənəd verib.

Qəbul nə qədər önəmli olsa da, məqsəd keyfiyyətli təhsil almaq niyyəti olmalıdır. Hazırda yeni universitetlə birgə, yeni elm obrazı təşəkkül tapır. Bununla, “savadlılıq” ideyasına yanaşmalar da dəyişir. Ənənəvi təsəvvürlərlə yanaşı, pedoqogikanın antropoloji əsaslarının əvəzlənməsi də baş verir. Təhsilli insan bu gün “bilikli fərddən”, hətta dünyagörüşü formalaşmış şəxsdən daha çox, həyata hazır olan, müasir dövrün  mürəkkəb problemlərindən baş açan, həyatda öz yerini başa düşməyə qabil olan insandır. Nəzərə alsaq ki, dünyanın hər an dəyişən inkişaf sürəti həm də  universitetlərdən qaynaqlanır. Universiteti qazanan tələbələri təbrik edirik!

Cəsarət Valehov

Fəlsəfə doktoru

Paylaş:
1289

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər