KİVDF Müşahidə Şurasının üzvləri təyin edilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
|
Dövlət orqanlarından: |
||
|
Quliyev Cəmaləddin Həsən oğlu |
- |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
|
Həsənov Rasim Aydın oğlu |
- |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri |
|
Hümbətov İntiqam Rəsul oğlu |
- |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri |
|
Kütləvi informasiya vasitələrindən: |
||
|
Həsənov Həsən Zal oğlu |
- |
“Xalq qəzeti”nin baş redaktoru |
|
Hüseynov İlqar Məmməd oğlu |
- |
“Trend” İnformasiya Agentliyinin baş direktoru |
|
Quliyev Bəhruz Vaqif oğlu |
- |
“Səs” qəzetinin baş redaktoru |
|
Jurnalist təşkilatlarından: |
||
|
Əskərov Ramiz Baxşəli oğlu |
- |
Azərbaycan Jurnalistlər Birliyinin baş katibi |
|
Mirzəyev Ayaz Nizami oğlu |
- |
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri |
|
Rüstəmov Əvəz Cahangir oğlu |
- |
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. |
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin”.
Babək Cahandarov











