Heydər Əsədov 5 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əsədov 5 rayonun sakinləri ilə görüşəcək

21:58 - 05 / 06 / 2017
Heydər Əsədov 5 rayonun sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 9-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və  Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.  

Kənd Təsərrüfatı Nazirliyinini mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Babək Cahandarov

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər