Bir sıra KİV balaca Yağmur haqda yazır ki, zorlanan qızcığazda QİÇS aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir sıra KİV balaca Yağmur haqda yazır ki, zorlanan qızcığazda QİÇS aşkarlanıb

10:55 - 06 / 06 / 2017
Bir sıra KİV balaca Yağmur haqda yazır ki, zorlanan qızcığazda QİÇS aşkarlanıb

5 yaşlı Yağmurun doğma anası tərəfindən küçəyə atılması hələ də ölkə gündəmində müzakirə olunan mövzulardan biridir.

Belə ki, bir sıra KİV-lər adı göstərilməyən mənbələrə isitand edərək guya Yağmur tibbi müayinədən keçərkən onda QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) yoluxduğunu yazırlar. Həmçinin həmin KİV-lər yazırlar ki, uşağın anası onunçun müştərilər də tapırmış.

Yaxın günlərdə Bakı polisi 1news.az-a müraciət edərək bu fikirləri təkzib etsə də, hələ də bu cür məlumatlar yayılmaqda davam edir.

1news.az bununla bağlı olaraq “Azərbaycan uşaqları” İctimai Birliyinin direktor müavini Vasif Akifli ilə əlaqə saxladı. O, redaksiyaya bildirdi ki, bu cür məlumatların yayılması yolverilməzdir:

“Beş yaşlı uşaq haqda bu cür məlumatların yazılması kökündən yanlışdır. Onu bizə Binəqədi rayon Polis bölməsinin əməkdaşları gətirdi. Polislər uşağı küçədə tapanda o, ac və köhnə paltarda idi. Sağ olsun polislər – onlar qızcığazı doyuraraq geyim alıblar”.

İndi isə hər kəs ağzına gələni yazır... Qeyd etmək istəyirəm ki, uşaq iki dəfə tibbi müayinədən keçirilib. Və onda zorlanma əlamətləri aşkarlanmayıb. Lakin Yağmurun bədənində fiziki zorakılıq əlamətləri aşkarlanıb – uşaq döyülüb. Həmçinin qızçığazda QİÇS da aşkar edilməyib”.

Yağmurun hazırki vəziyyətindən danışan Vasif Akifli qeyd edib ki, hazırda uşaq özünü yaxşı hiss edir:

“Allaha şükür o, mərkəzə uyğunlaşıb, buradakı uşaqlarla oynayır. Belə ki, onu gətirəndə Yağmur hər kəsdən qorxurdu”.

Uşağın gələcəyilə bağlı sualı cavablandıran direktor müavini qeyd edib ki, məsələnin sona qədər araşdırlmasını gözləmək lazımdır:

“Qızın anası Şahnaz və ya bəzən özünü Lamiyə adlandıran qadın valideynlik hüququndan məhrum edilə bilər. Axı onun digər uşaqları da var. Həmin uşaqlar onunla birgə yaşayırlar. Əgər Yağmuru ona qaytarsaq, bir müddət sonra uşaq yenidən küçəyə atılacaq”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1058

Son xəbərlər

Bütün xəbərlər