ATƏT Azərbaycan – Ermənistan dövlət sərhədində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan – Ermənistan dövlət sərhədində növbəti monitorinqini keçirəcək

11:43 - 06 / 06 / 2017
ATƏT Azərbaycan – Ermənistan dövlət sərhədində növbəti monitorinqini keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Babək Cahandarov

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər