İmişlidə “QAZ”-la “Mercedes” toqquşub: ölən var

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “QAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Məmmədov Valeh Haqverdi oğlunun cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.
Babək Cahandarov
705