Alyona Əliyeva iqlim dəyişikliyi və enerji məsələlərinə həsr olunmuş müzakirə sessiyasından paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Dünya Təbiət Fondunun (WWF) İqlim və Enerji üzrə qlobal rəhbəri, həmçinin Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) İqlim Böhranı Komissiyasının müvəqqəti sədri Dr. Manuel Pulgar-Vidalın iştirakı ilə iqlim dəyişikliyi və enerji məsələlərinə həsr olunmuş müzakirə sessiyasından paylaşım edib.
Həmçinin, Alexander von Kap-herrin iştirakı ilə iqlim maliyyələşməsi, beynəlxalq əməkdaşlıq və yaşıl iqtisadiyyata keçidin maliyyə mexanizmlərinə həsr olunmuş sessiya təşkil edilib.
1news.az həmin paylaşımı təqdim edir:











