Azərbaycan XİN İranda törədilmiş terror aktlarını pisləyib
İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq.
1news.az xəbər verir ki, bu barədə İranda törədilmiş terror aktları ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”.
Pərvanə Sultanova
786