Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib - FOTO

19:31 - 07 / 06 / 2017
Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib - FOTO

 

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub.

1news.az-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.

İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.

1news.az

 

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər