Müdafiə naziri HHQ Təlim Mərkəzində olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri HHQ Təlim Mərkəzində olub – FOTO

20:11 - 07 / 06 / 2017
Müdafiə naziri HHQ Təlim Mərkəzində olub – FOTO

İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

1news.az-ın məlumatına görə, müdafiə naziri Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.

Babək Cahandarov

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər