Azərbaycan məktəbliləri erməni həmyaşıdları üzərində qələbə qazanıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məktəbliləri erməni həmyaşıdları üzərində qələbə qazanıblar – FOTO

12:31 - 07 / 06 / 2017
Azərbaycan məktəbliləri erməni həmyaşıdları üzərində qələbə qazanıblar – FOTO

Paytaxt məktəbliləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, kikboksinq idman növü üzrə təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u birinci, 6-sı ikinci, 3-ü üçüncü yerə layiq görülüb.

Yarışda birinci yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb.

Turnirdə, həmçinin “Ankara məktəbi” məktəb-liseyinin bir şagirdi ikinci, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının bir yetirməsi isə üçüncü yerə layiq görülüb.

Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar.

Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib.

S.Xankişiyeva

Paylaş:
837

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər